7 Buna görə də kəsmək üçün ayrılmış sürünün zəiflərini otardım. Özümə iki dəyənək götürdüm, birini “Lütf”, o birini isə “Birlik” adlandırdım və sürünü otarmağa başladım. 8 Bircə ayın içində üç çobanı işdən qovdum, çünki onların əlindən təngə gəlmişdim, onların da Məndən zəhləsi gedirdi. 9 Sonra sürüyə dedim: “Daha sizi otarmayacağam. Ölən ölsün, kəsilən kəsilsin, yerdə qalanlar da bir-birlərinin ətini yesin”. 10 Sonra “Lütf” adlı dəyənəyimi götürdüm və bütün xalqlarla bağladığım əhdi pozmaq üçün onu qırdım. 11 Beləcə əhd o gün pozuldu. Sürünün Mənə qulaq asan zəifləri bunun Rəbbin sözü olduğunu anladı. 12 *Mat. 27:9-10 Mən onlara dedim: “Əgər bu sizə xoşdursa, Mənim muzdumu verin, əgər belə deyilsə, verməyin”. Onlar Mənə muzd olaraq otuz gümüş verdi. 13 Rəbb Mənə dedi: “Onların Məni qiymətləndirdiyi bu yüksək muzdu dulusçuya at”. Beləcə otuz gümüşü götürüb Rəbbin məbədində olan dulusçuya atdım. 14 Sonra Yəhuda ilə İsrail arasındakı qardaşlığı pozmaq üçün “Birlik” adlı o biri dəyənəyimi də qırdım.
15 Rəbb mənə dedi: “Yenə ağılsız bir çobanın əşyalarını özün üçün götür. 16 Mən ölkəyə elə bir çoban qoyacağam ki, oğurlananlara baxmayacaq, itmişləri axtarmayacaq, xəstələri sağaltmayacaq, sağlamları bəsləməyəcək. Ancaq kök qoyunların ətini yemək, pəncələrini kəsməklə məşğul olacaq.