9 Qulları başa sal ki, hər şeydə öz ağalarına tabe olsunlar, onları razı salsınlar. Qoy cavab qaytarmasınlar, 10 oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər.
11 Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. 12 Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. 13 Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. 14 [b]O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın. 15 Bunları tam bir səlahiyyətlə bildir, nəsihət ver və məzəmmət et. Qoy heç kim sənə hörmətsizlik etməsin.
<- TİTƏ 1TİTƏ 3 ->
Languages