6 Lakin bu o demək deyil ki, Allahın kəlamı boşa çıxıb. Çünki İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil. 7 [c]İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil. Amma «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilib. 8 Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır. 9 [d]Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq». 10 Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu. 11-12 [e]Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun. 13 [f]Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim».
14 Bəs indi nə deyə bilərik? Məgər Allah ədalətsizlik edir? Əsla! 15 [g]Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm». 16 Beləliklə, seçim insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır. 17 [h]Ona görə də Müqəddəs Yazıda Allah firona deyir: «Səni buna görə ucaltdım ki, Öz gücümü sənin üzərində göstərim və adım bütün dünyaya elan edilsin». 18 Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir.
27 [l]Yeşaya da İsrail barədə belə nida edir:
- a Çıx. 4:22; 24:1-17
- b Əcdadlar – yəni İsrail xalqının ata-babaları.
- c Yar. 21:12; İbr. 11:18
- d Yar. 18:10
- e Yar. 25:23
- f Mal. 1:2-3
- g Çıx. 33:19
- h Çıx. 9:16
- i Yeş. 29:16; 45:9
- j Huşə 2:23
- k Huşə 1:10
- l Yeş. 10:22-23
- m Rəbb yer üzündə hökmünü Tam və tez yerinə yetirəcək – bəzi əlyazmalarda Rəbb hökmünü ədalətlə, Tam və tez yerinə yetirəcək, Yer üzündə tez bitən bir iş görəcək.
- n Yeş. 1:9
- o Yeş. 8:14
- p Əməllərlə – bəzi əlyazmalarda Qanuna əməl etməklə.
- q Yeş. 28:16; 1Pet. 2:6-8