3 [a]Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam söyləyin. 4 Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir. 5 Onların evində toplanan cəmiyyətə də salam söyləyin.
6 Sizin üçün xeyli zəhmət çəkmiş Məryəmə salam söyləyin.
7 Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın.
8 Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin.
9 Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın.
10 Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin.
11 Soydaşım Hirodiona salam söyləyin.
12 Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin.
13 [b]Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin.
14 Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın.
15 Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin.
16 Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.
17 Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun. 18 Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar. 19 Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız. 20 Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun!
21 [c]Həmkarım Timotey, soydaşlarım Luki, Yason və Sosipater sizə salam göndərir.
22 Bu məktubu yazıya alan mən Terti də Rəbbin ismi ilə sizə salam söyləyirəm.
23 [d]Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı var.
- a Həv. 18:2-3
- b Mark 15:21
- c Həv. 16:1
- d Həv. 19:29; 1Kor. 1:14; 2Tim. 4:20
- e Göndərir – bəzi əlyazmalarda göndərir. 24 Rəbbimiz İsa Məsihin lütfü sizin hamınızla olsun. Amin. (Rom. 16:20; 2Sal. 3:18).
- f Bəzi əlyazmalarda bu ayələr yoxdur. Bəzilərində isə həmin ayələr 14:24-26 sayılaraq 14-cü fəslin axırında gəlir.