5 Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var. 6 Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz.[d]
7 Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu. 8 [e]Necə ki yazılıb:
9 [f]Davud da belə deyir:
13 Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki, 14 bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim. 15 Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi? 16 Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir.
17 Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə[g] şərik olmusansa, 18 o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır. 19 O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum. 20 Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx! 21 Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə[h] sənə də rəhm etməyəcək. 22 Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan. 23 Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar, çünki Allah onları yenə də peyvənd etməyə qadirdir. 24 Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaq!
28 Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir. 29 Çünki Allahın ənamları və dəvəti geri alınmaz. 30 Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız; 31 eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar. 32 Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.
- a Fil. 3:5
- b 1Pad. 19:10,14
- c 1Pad. 19:18
- d Lütf olmaz – bəzi əlyazmalarda lütf olmaz. Amma əgər əməllərlə oldusa, daha lütflə deyil; yoxsa əməl daha əməl olmaz.
- e Qanun. 29:4; Yeş. 29:10
- f Zəb. 69:22-23
- g Barlı kökünə – bəzi əlyazmalarda kökünə və şirəsinə.
- h Bəlkə – bəzi əlyazmalarda bu söz yoxdur.
- i Yeş. 59:20-21; Yer. 31:33-34
- j Yeş. 40:13
- k Əyy. 41:11
- l 1Kor. 8:5-6