5 Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir». 6 *Yeş. 55:1O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm. 7 *2Şam. 7:14; Zəb. 89:26-27Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”. 8 Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür».
15 *Yez. 40:3Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi. 16 Şəhər dördbucaqlı şəklində idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi§12 000 stadi – təqribən 2 200 kilometr. idi. 17 O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac**144 qulac – təqribən 65 metr. idi. 18 *Yeş. 54:11-12Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi. 19 Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə, 20 beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi. 21 On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi.
22 Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur. 23 *Yeş. 60:19-20Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. 24 *Yeş. 60:3Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını††Cah-calalını – bəzi əlyazmalarda cah-calal və şərəflərini. oraya gətirəcək. 25 *Yeş. 60:11Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. 26 Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək. 27 *Yeş. 52:1; Yez. 44:9Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.
<- VƏHY 20VƏHY 22 ->- d Taxtdan – bəzi əlyazmalarda Göydən.
- e Onların Allahı olaraq – bəzi əlyazmalarda bu sözlər yoxdur.
- ~10~ Müqəddəs – bəzi əlyazmalarda böyük müqəddəs.
- ~13~ 12 000 stadi – təqribən 2 200 kilometr.
- ~14~ 144 qulac – təqribən 65 metr.
- ~18~ Cah-calalını – bəzi əlyazmalarda cah-calal və şərəflərini.
*21:1 Yeş. 65:17; 66:22; 2Pet. 3:13
*21:2 Yeş. 52:1; 61:10; Vəhy 3:12
*21:3 Lev. 26:11,12; Yez. 37:27