6 [e]Mən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi:
9 [f]Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir». 10 Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də səninlə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».
17 [k]Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki, 18 padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz».
19 Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb. 20 [l]Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. 21 Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.
<- VƏHY 18VƏHY 20 ->- a Halleluya – Rəbbə həmd edin deməkdir.
- b Qanun. 32:43; 2Pad. 9:7
- c Yeş. 34:10
- d Zəb. 115:13
- e Zəb. 93:1; 97:1; 99:1; Yez. 1:24
- f Mat. 22:2-3
- g Yeş. 11:4; Yez. 1:1
- h Dan. 10:6
- i qana batmış – bəzi əlyazmalarda üzərinə qan səpilmiş.
- j Zəb. 2:9; Yeş. 63:3; Yoel 3:13; Vəhy 14:20
- k Yez. 39:17-20
- l Vəhy 13:1-18