8 [c]İkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi».
9 [d]Bunların ardınca üçüncü bir mələk də gələrək uca səslə deyirdi: «Kim vəhşi heyvana və onun surətinə səcdə edib öz alnının yaxud əlinin damğalanmasını qəbul edərsə, 10 o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşğun şərabından içəcək. Belələrinə müqəddəs mələklərin və Quzunun önündə od və kükürdlə işgəncə veriləcək. 11 [e]Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq».
12 Allahın əmrlərinə riayət edən və İsaya imanına sadiq qalan müqəddəslərin gərək dözümü olsun.
13 Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir».
17 Başqa bir mələk də göydəki məbəddən çıxdı. Onun əlində də iti oraq var idi. 18 Od işinə məsul olan başqa bir mələk də qurbangahdan çıxıb iti orağı olan mələyə uca səslə nida etdi: «İti orağını işə sal və yer üzündəki üzüm tənəyindən salxımları kəs yığ, çünki üzümləri yetişib». 19 Mələk orağını yer üzünə salaraq yerdəki üzüm tənəyindən üzümləri kəsib yığdı və Allah hiddətinin böyük üzümsıxanına atdı. 20 [h]Üzümlər şəhərdən kənarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan qan çıxdı və at yüyənlərinə qədər qalxaraq 1600 stadiyə[i] bərabər məsafəyə axdı.
<- VƏHY 13VƏHY 15 ->- a Yez. 9:4; Vəhy 7:2-3
- b Sef. 3:13
- c Yeş. 21:9; Yer. 51:8; Vəhy 18:2
- d Yar. 19:24; Yeş. 51:17; Yez. 38:22
- e Yeş. 34:10
- f Dan. 7:13
- g Yoel 3:13
- h Yeş. 63:3; Mərs. 1:15; Vəhy 19:15
- i 1 600 stadi – təqribən 300 km.