Link to home pageLanguagesLink to all Bible versions on this site
120
Məzmur 120
Ziyarət nəğməsi.
1 Dar gündə Rəbbi səslədim,
O mənə cavab verdi.
2 Dedim: «Ya Rəbb, yalançı dodaqlardan,
Fitnəkar dillərdən canımı qurtar».
 
3 Ey fitnəkar dil, sənə nə veriləcək?
Bu işinin əvəzi nə ilə ödəniləcək?
4 Cəngavərin iti oxları ilə,
Süpürgə ağacının odlu közləri ilə!
 
5 Yazıq canım, Meşekdə qərib olmuşam,
Qedar çadırlarında yaşayıram!
6 Mənim belə yerdə,
Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir.
7 Mən sülh sevirəm, buna görə danışıram,
Onlarsa müharibə üçün çalışır.

<- ZƏBUR 119ZƏBUR 121 ->