Link to home pageLanguagesLink to all Bible versions on this site
113
Məzmur 113
1 Rəbbə həmd edin!
 
Ey Rəbbin qulları, həmd edin,
Rəbbin isminə həmd edin!
2 İndidən sonsuzadək
Rəbbin isminə alqış olsun!
3 Gündoğandan günbatanadək
Rəbbin ismi həmdə layiqdir!
4 Rəbb bütün millətlərdən ucadır,
Ehtişamı göylərdən yüksəkdir!
 
5 Allahımız Rəbbin misli varmı?
Ucalardakı taxtında oturan,
6 Göyə, yerə əyilərək baxan Odur.
7 [a] O, yoxsulları toz-torpaqdan qaldırar,
Fəqirləri küllükdən çıxarar.
8 Onları əsilzadələrlə,
Öz xalqının əsilzadələri ilə yanaşı oturdar.
9 Sonsuz qadının evini tikər,
Ona övlad verməklə bəxtəvər ana edər.
 
Rəbbə həmd edin!

<- ZƏBUR 112ZƏBUR 114 ->