Link to home pageLanguagesLink to all Bible versions on this site
100
Məzmur 100
Şükran məzmuru.
1 Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin,
2 Sevinclə Rəbbə qulluq edin,
Mədh oxuyaraq Onun hüzuruna gəlin!
 
3 Rəbb Allahdır, siz bunu bilin,
O bizi yaradıb, biz Ona aidik,
Xalqıyıq, otlağında otardığı sürüyük.
 
4 Dərgahına şükürlərlə,
Həyətlərinə həmdlərlə gəlin.
Ona şükür edin,
İsminə alqış söyləyin.
 
5 [a] Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir,
Sədaqəti nəsillərdən-nəslə çatır!

<- ZƏBUR 99ZƏBUR 101 ->