1 Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı. 2 Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir.[a] 3 Fariseylər və bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər. 4 Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları[b] yuyub paklayarlar. 5 Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?» 6 [c]İsa onlara dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi:
14 İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin. 15 Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır». 16 [g]
17 İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular. 18 İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz? 19 Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi. 20 O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır. 21 Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, 22 zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. 23 Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».
24 İsa oradan ayrılıb Sur bölgəsinə[h] getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi. 25 Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü. 26 Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın. 27 İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 28 Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı[i] itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir». 29 İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi». 30 Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb.
- a Yeyirlər – bəzi əlyazmalarda yeyirlər. Onlara irad tutdular.
- b Dolçaları, mis qazanları və yataqları – bəzi əlyazmalarda dolçaları və mis qazanları.
- c Yeş. 29:13
- d Tutursunuz – bəzi əlyazmalarda tutursunuz. Dolçaları və kasaları yuyub paklayır və buna bənzər çox işlər görürsünüz.
- e Bərqərar etmək – bəzi əlyazmalarda saxlamaq.
- f Çıx. 20:12; 21:17; Lev. 20:9; Qanun. 5:16
- g Çıxanlardır – bəzi əlyazmalarda çıxanlardır. 16 Eşitməyə qulağı olan eşitsin!
- h Sur bölgəsinə – bəzi əlyazmalarda Sur və Sidon bölgələrinə (Mat. 15:21).
- i Ya Rəbb, axı – bəzi əlyazmalarda Haqlısan, ya Rəbb! Amma (Mat. 15:27).