1 Onlar Yerusəlimə yaxınlaşarkən Zeytun dağının yamacındakı Bet-Faqe ilə Bet-Anyaya gəldikləri zaman İsa şagirdlərindən ikisini göndərərək 2 onlara dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girən kimi hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. 3 Kim sizdən soruşsa: “Bunu nə üçün edirsiniz?”, ona “bu sıpa Rəbbə lazımdır, tezliklə yerinə qaytaracaq” deyin».
4 Onlar getdilər. Küçədə bir evin qapısının kənarına bağlanmış sıpa tapıb onu açdılar. 5 Orada duran bəzi adamlar onlardan soruşdu: «Nə edirsiniz? Bu sıpanı nə üçün açırsınız?» 6 Şagirdlər İsanın dediklərini onlara təkrarlayanda o adamlar şagirdlərə imkan verdilər. 7 Onlar sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərdilər. İsa sıpanın belinə mindi. 8 Bir çoxu paltarlarını, bəzisi də ətrafdakı ağaclardan kəsdikləri budaqları yola döşədi. 9 *Zəb. 118:25-26İsanın önündə gedənlər və ardınca gələnlər belə nida edirdilər:
11 İsa Yerusəlimə daxil olub məbədə girdi. O hər şeyə nəzər saldı. Sonra On İki şagirdlə bərabər Bet-Anyaya getdi, çünki artıq gec idi.
12 Ertəsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı. 13 Uzaqda yarpaqlı bir əncir ağacı gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi. 14 Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi.
15 Onlar Yerusəlimə gəldilər. İsa məbədə girib orada alver edənləri qovmağa başladı. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi, 16 heç kimi yük daşıyaraq məbəd həyətlərindən keçməyə qoymadı. 17 *Yeş. 56:7; Yer. 7:11Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki,
20 Səhər erkən onlar əncir ağacının yanından keçəndə gördülər ki, ağac kökündən quruyub. 21 Hadisəni xatırlayan Peter İsaya dedi: «Rabbi, bax lənətlədiyin əncir ağacı quruyub». 22 İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun. 23 *Mat. 17:20-21; 1Kor. 13:2Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək. 24 Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız†Artıq almısınız – bəzi əlyazmalarda alırsınız. və istədiyiniz sizin üçün ediləcək. 25 *Mat. 6:14-15; 18:35Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın». 26 ‡Bağışlasın – bəzi əlyazmalarda bağışlasın. 26 Əgər siz bağışlamasanız, göylərdə olan Atanız da sizin təqsirlərinizi bağışlamaz (Mat. 6:15).
27 Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və ağsaqqallar Ona yaxınlaşıb 28 dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün Sənə bu səlahiyyəti kim verib?» 29 İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; ona cavab versəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm. 30 Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan? Mənə cavab verin». 31 Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. 32 Amma desək “insanlardan”?» O zaman xalqdan qorxurdular, çünki hamı Yəhyanı həqiqi peyğəmbər sayırdı. 33 Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».
<- MARK 10MARK 12 ->