1 İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı.
2 Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını boşamağa icazəsi varmı?» 3 İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?» 4 *Qanun. 24:1-4; Mat. 5:31Onlar dedi: «Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi». 5 İsa da onlara belə dedi: «O bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı. 6 *Yar. 1:27; 5:2Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”. 7 *Yar. 2:24“Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq 8 və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir. 9 Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».
10 Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər. 11 *Mat. 5:32; Luka 16:18; 1Kor. 7:10-11İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir. 12 Ərindən boşanıb başqasına gedən qadın da zina edir».
13 Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan etdilər. 14 Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. 15 *Mat. 18:2-3Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz». 16 Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.
17 İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» 18 İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. 19 *Çıx. 20:12-16; Qanun. 5:16-20Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”». 20 Bu adamsa İsaya dedi: «Müəllim, bunların hamısına gəncliyimdən bəri riayət edirəm». 21 İsa ona məhəbbətlə baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt,*Qayıt – bəzi əlyazmalarda qayıt, çarmıxını götür (Mark 8:34). Mənim ardımca gəl». 22 Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi, çünki var-dövləti çox idi.
23 İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!» 24 Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara cavab verib dedi: «Övladlarım, Allahın Padşahlığına daxil olmaq†Allahın Padşahlığına daxil olmaq – bəzi əlyazmalarda var-dövlətinə bel bağlayanlar üçün Allahın Padşahlığına daxil olmaq. nə qədər çətindir! 25 Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». 26 Onlar daha da təəccüblənərək bir-birlərinə dedilər: «Elə isə, kim xilas ola bilər?» 27 İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür».
28 Peter Ona belə deməyə başladı: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik». 29 İsa cavab verdi: «Sizə doğrusunu deyirəm: Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki, 30 indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın. 31 *Mat. 20:16; Luka 13:30Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq».
32 Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət bürümüşdü, Onun ardınca gələnlər qorxu içində idi. İsa On İki şagirdi yenə bir tərəfə çəkib başına gələcək hadisələr barədə danışmağa başladı: 33 «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edib başqa millətlərə təslim edəcəklər. 34 Onlar Bəşər Oğlunu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, üç gündən sonra diriləcək».
35 Zavdayın oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim, istəyirik ki, dilədiyimizi bizim üçün edəsən». 36 İsa onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?» 37 Onlar İsaya dedilər: «Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun». 38 *Luka 12:50Amma İsa onlara dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi?» 39 Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içdiyim kasadan siz də içəcəksiniz, Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız. 40 Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa, onlara veriləcək».
41 Bunu eşidən on şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı. 42 *Mat. 23:11; Mark 9:35; Luka 22:25-26Onda İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. 43 Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. 44 Aranızda birinci olmaq istəyən hamının qulu olsun. 45 Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
46 Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu. 47 Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı. 48 Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı. 49 İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır». 50 O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi. 51 İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni,‡Rabbuni – arami dilində Müəllimim. gözlərim açılsın». 52 İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.
<- MARK 9MARK 11 ->- ~7~ Qayıt – bəzi əlyazmalarda qayıt, çarmıxını götür (Mark 8:34).
- ~8~ Allahın Padşahlığına daxil olmaq – bəzi əlyazmalarda var-dövlətinə bel bağlayanlar üçün Allahın Padşahlığına daxil olmaq.
- ~12~ Rabbuni – arami dilində Müəllimim.
*10:4 Qanun. 24:1-4; Mat. 5:31
*10:11 Mat. 5:32; Luka 16:18; 1Kor. 7:10-11
*10:19 Çıx. 20:12-16; Qanun. 5:16-20