11 [f]İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 12 [g]Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər.
14 [i]Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 15 [j]Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 16 [k]Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
31 [s]“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32 Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.
38 [v]“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39 Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. 40 Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 41 Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 42 Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
43 [w]“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44 Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin.[x] 45 Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46 Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 47 Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər[y] də belə etmirmi? 48 [z]Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.
<- MATTA 4MATTA 6 ->- a Yeş. 61:1-3
- b Zəb. 37:11
- c Yeş. 55:1-2
- d Zəb. 24:3-4
- e 1Pet. 3:14
- f 1Pet. 4:14
- g 2Saln. 36:16; Həv. 7:52-53
- h Mark 9:50; Luka 14:34-35
- i Yəh. 8:12; 9:5
- j Mark 4:21; Luka 8:16; 11:33
- k 1Pet. 2:12
- l Luka 16:17
- m Çıx. 20:13; Qanun. 5:17
- n Hirslənən – bəzi əlyazmalarda əbəs yerə hirslənən.
- o Luka 12:58-59
- p Çıx. 20:13; Qanun. 5:18
- q Mat. 18:9; Mark 9:47
- r Mat. 18:8; Mark 9:43
- s Qanun. 24:1-4; Mat. 19:7-9; Mark 10:4,11-12; Luka 16:18; 1Kor. 7:10-11
- t Lev. 19:12; Say. 30:2; Qanun. 23:21
- u Zəb. 48:2; Yeş. 66:1; Mat. 23:22; Yaq. 5:12
- v Çıx. 21:23-25; Lev. 24:20; Qanun. 19:21
- w Lev. 19:18
- x Sizi təqib edənlər üçün dua edin – bəzi əlyazmalarda sizi lənətləyənlərə xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizi incidənlər və təqib edənlər üçün dua edin (Luka 6:27-28).
- y Bütpərəstlər – bəzi əlyazmalarda Vergiyığanlar.
- z Lev. 19:2; Qanun. 18:13