1 Şənbə günü keçəndən sonra, həftənin ilk günü[a] səhər dan yeri ağaranda Məcdəlli Məryəm və o biri Məryəm qəbiri görməyə gəldilər. 2 Budur, böyük bir zəlzələ oldu. Çünki Rəbbin bir mələyi göydən enib gələrək daşı bir tərəfə yuvarladı və üzərində oturdu. 3 Onun görünüşü şimşək kimi, paltarı isə qar kimi ağ idi. 4 Keşikçilər qorxudan titrəyib ölü kimi oldular. 5 Mələk qadınlara müraciət edərək dedi: «Siz qorxmayın! Çarmıxa çəkilmiş İsanı axtardığınızı bilirəm. 6 O burada yoxdur, dediyi kimi dirilmişdir! Gəlin, Onun[b] yatdığı yeri görün. 7 Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölülər arasından dirildi. Qalileyaya sizdən qabaq gedir. Onu orada görəcəksiniz”. Budur, mən sizə xəbər verdim».
8 Qadınlar qorxu və böyük sevinclə dərhal qəbirdən çıxdılar. Onun şagirdlərinə xəbər verməyə qaçdılar. 9 Amma[c] budur, İsa «Sizə salam!» deyə onların qarşısına çıxdı. Onlar da yaxınlaşıb İsanın ayaqlarına sarılaraq Ona səcdə qıldılar. 10 İsa onlara dedi: «Qorxmayın! Gedin, qardaşlarıma xəbər verin ki, Qalileyaya getsinlər. Məni orada görəcəklər».
16 [d]On Bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. 17 İsanı gördükdə Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi. 18 İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir. 19 Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; 20 sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm».
<- MATTA 27- a Həftənin ilk günü – yəni bazar günü.
- b Onun – bəzi əlyazmalarda Rəbbin.
- c Amma – bəzi əlyazmalarda Amma onlar Onun şagirdlərinə xəbər verməyə gedərkən.
- d Mat. 26:32; Mark 14:28