Link to home pageLanguagesLink to all Bible versions on this site
17
İsanın görünüşü dəyişir
(Mark 9:2-13; Luka 9:28-36)

1 [a]Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və qardaşı Yəhyanı götürüb hündür bir dağa çıxdı. 2 Onların qarşısında görünüşü dəyişdi. Üzü günəş kimi parladı və libası işıq kimi ağ oldu. 3 O an Musa və İlyas onlara göründü. Onlar İsa ilə söhbət edirdi. 4 Peter sözə başlayıb İsaya dedi: «Ya Rəbb! Nə yaxşı ki biz buradayıq. Əgər istəyirsənsə, burada üç çardaq qurum – biri Sənin, biri Musa, biri də İlyas üçün». 5 [b]Peter hələ danışan zaman parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam, Ona qulaq asın!» 6 Şagirdlər bunu eşidəndə üzüstə yerə qapandılar və onları böyük dəhşət bürüdü. 7 İsa gəlib onlara toxunaraq «Qalxın, qorxmayın!» dedi. 8 Onlar da başlarını qaldıranda İsadan başqa kimsəni görmədilər.

9 Dağdan enərkən İsa şagirdlərinə əmr etdi: «Bəşər Oğlu ölülər arasından dirilənə qədər gördüyünüzü heç kimə söyləməyin». 10 [c]Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» 11 İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır. 12 [d]Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək». 13 Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi.

Oğlandan cin çıxarılır
(Mark 9:14-29; Luka 9:37-43)

14 Onlar xalqın yanına gələndə bir adam gəlib İsanın qarşısında diz çökərək dedi: 15 «Ya Rəbb! Oğluma rəhm elə, çünki o, epileptikdir və çox əzab çəkir. Tez-tez gah oda, gah da suya düşür. 16 Onu Sənin şagirdlərinin yanına gətirdim, lakin ona şəfa verə bilmədilər». 17 İsa cavab verərək dedi: «Ey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər sizinlə olacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı buraya, yanıma gətirin». 18 İsa cinə qadağan etdi və cin uşaqdan çıxdı. Oğlan o saatda şəfa tapdı.

19 O zaman şagirdlər İsaya təklikdə yaxınlaşıb dedilər: «Nə üçün biz o ruhu qova bilmədik?» 20 [e]İsa da onlara dedi: «İmanınız az olduğu üçün. Çünki sizə doğrusunu deyirəm: bir xardal toxumu qədər imanınız olarsa və siz bu dağa “buradan oraya köç” desəniz, o köçər və sizin üçün mümkün olmayan heç bir şey olmaz». 21 [f]

İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir
(Mark 9:30-32; Luka 9:43-45)

22 Qalileyada yığılarkən İsa şagirdlərə dedi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək 23 və Onu öldürəcəklər, amma O, üçüncü gün diriləcək». Onlar çox kədərləndilər.

Məbəd vergisi
24 [g]Kefernahuma gəldikləri zaman məbəd vergisiniMəbəd vergisi – yunan mətnində didraxmon, yəni iki dirhəm. yığanlar Peterə yaxınlaşıb dedilər: «Sizin Müəlliminiz vergi ödəmirmi?» 25 Peter «ödəyir» dedi. Evə gələndə İsa onu qabaqlayaraq dedi: «Şimon! Sən necə düşünürsən? Yerin hökmdarları gömrük və yaxud vergini kimdən alırlar? Öz övladlarındanmı, yoxsa kənar adamlardan?» 26 Peter Ona «kənar adamlardan» söylədikdə İsa ona dedi: «Belə isə, övladlar sərbəstdir. 27 Lakin bu adamları incitməyək deyə gölə get, tilov at və tilova düşən ilk balığı götür. Onun ağzını açanda bir gümüş pulBir gümüş pul – yunan mətnində statir, yəni dörd dirhəm. tapacaqsan. Onu götür, həm Mənim, həm də öz əvəzinə ver».

<- MATTA 16MATTA 18 ->