1 O gün İsa evdən çıxdı və gedib göl kənarında oturdu. 2 [a]Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib oturdu və bütün izdiham sahildə durdu. 3 İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: «Bir əkinçi toxum səpməyə çıxdı. 4 Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. 5 Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. 6 Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu. 7 Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu. 8 Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi. 9 Qulağı olan eşitsin!»
10 Şagirdlər İsaya yaxınlaşıb dedilər: «Nə üçün onlara məsəllərlə danışırsan?» 11 O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. 12 [b]Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. 13 [c]Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki, “gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”. 14 Yeşaya peyğəmbərin onlar üçün dediyi bu sözlər yerinə yetir:
18 İndi əkinçi barədə məsəlin izahını dinləyin: 19 kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur. 20 Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir. 21 Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır. 22 Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. 23 Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir».
31 İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. 32 Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur».
33 İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə*Kisə – yunan mətnində saton, təqribən 37 litr. una qarışdırıb bütün xəmir acıyanadək saxlayır».
34 İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki, 35 [f]peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin:
45 Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. 46 O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı.
51 İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər. 52 İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».
53 İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı. 54 Öz yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüdrət haradandır? 55 Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi? 56 Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?» 57 [g]Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar». 58 İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.
<- MATTA 12MATTA 14 ->- a Luka 5:1-3
- b Mat. 25:29; Mark 4:25; Luka 8:18; 19:26
- c Yeş. 6:9-10; Yəh. 12:39-40; Həv. 28:26-27
- d Luka 10:23-24
- e Kisə – yunan mətnində saton, təqribən 37 litr.
- f Zəb. 78:2
- g Yəh. 4:44