1 İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir! 2 Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. 3 [a]Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla. 4 [b]Əgər gündə yeddi dəfə sənə qarşı günah etsə və gündə yeddi dəfə yanına gəlib sənə “tövbə edirəm” deyərsə, onu bağışla».
5 [c]Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!» 6 Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı.
7 Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər? 8 Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? 9 Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? 10 Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”».
22 İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz. 23 [f]Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin! 24 Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq. 25 Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır.
26 [g][h]Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq. 27 [i]Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi. 28 [j]Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi. 29 Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi. 30 Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq.
31 [k]O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın. 32 [l]Lutun arvadını yadınıza salın! 33 [m]Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq. 34 [n]Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. 35 Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq». 36 [o]
37 [p]Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar».
<- LUKA 16LUKA 18 ->- a Mat. 18:15
- b Mat. 18:21-22
- c Mat. 17:20
- d Lev. 14:1-32
- e Mat. 24:23; Mark 13:21
- f Mat. 24:23,26-27; Mark 13:21
- g Yar. 6:5-8
- h Mat. 24:37-39
- i Yar. 7:6-24
- j Yar. 18:20–19:25
- k Mat. 24:17-18; Mark 13:15-16
- l Yar. 19:26
- m Mat. 10:39; 16:25; Mark 8:35; Luka 9:24; Yəh. 12:25
- n Mat. 24:40-41
- o Qalacaq – bəzi əlyazmalarda qalacaq. 36 Tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq (Mat. 24:40).
- p Əyy. 39:30; Mat. 24:28