5 Yunus şəhərdən çıxdı və şəhərin şərq tərəfində oturdu. Orada özünə çardaq düzəldib kölgəsində oturdu ki, şəhərdə nə baş verəcəyini görsün. 6 Rəbb Allah Yunusun başı üstünə qalxıb kölgə salmaq və onu pis halından qurtarmaq üçün bir gənəgərçək bitkisi yetirdi. Yunus bu bitkiyə görə çox sevindi. 7 Lakin ertəsi gün sübh tezdən Allah bir bitki qurdu yetirdi. Qurd bitkini içindən yedi və bitki qurudu. 8 Günəş çıxanda Allah isti səmum küləyi yetirdi. Günəş onun başını yandırdı və o taqətdən düşüb özü üçün ölüm diləyərək dedi: «Mənim üçün yaşamaqdansa ölmək yaxşıdır». 9 Allah Yunusa dedi: «Məgər sənin bu bitkiyə görə hirslənməyin yaxşı işdirmi?» O dedi: «Əlbəttə, yaxşıdır, elə hirsləndim ki, az qala öləm».
10 Onda Rəbb dedi: «Sən zəhmətini çəkmədiyin və yetişdirmədiyin, bir gecədə bitən və bir gecədə məhv olan bitkiyə acıyırsan. 11 Bəs sağ əlini sol əlindən ayıra bilməyən yüz iyirmi mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər Ninevaya Mən necə acımayım?»
<- YUNUS 3