1 Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. 2 Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. 3 [a]Məryəm isə bir litra[b] çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. 4 Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: 5 «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» 6 Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. 7 Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. 8 [c]Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam».
9 Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. 10 Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. 11 Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.
12 Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə 13 [d]xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar
27 İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. 28 Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. 29 Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. 30 İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. 31 İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı[i] bayıra atılacaq. 32 Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». 33 İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. 34 [j]Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» 35 Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. 36 Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız».
44 İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. 45 Məni görən də Məni Göndərəni görür. 46 Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. 47 Kim sözlərimi eşidib onlara riayət etməzsə,[m] Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. 48 Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. 49 Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. 50 Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm».
<- YƏHYA 11YƏHYA 13 ->- a Luka 7:37-38
- b Bir litra – təqribən 300 qr.
- c Qanun. 15:11
- d Zəb. 118:25-26
- e Hosanna – ibrani dilində xilas et. Nida kimi işlənir.
- f Zək. 9:9
- g Sion qızı – yəni Yerusəlim əhalisi.
- h Mat. 10:39; 16:25; Mark 8:35; Luka 9:24; 17:33
- i Bu dünyanın hökmdarı – yəni Şeytan.
- j Zəb. 110:4; Yeş. 9:7; Yez. 37:25; Dan. 7:14
- k Yeş. 53:1
- l Yeş. 6:10; Mat. 13:14-15; Mark 4:12; Həv. 28:26-27
- m Onlara riayət etməzsə – bəzi əlyazmalarda inanmazsa.