2 Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi.
3 Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla [b] birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx». 4 Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın! 5 Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq 6 belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”». 7 Xudavənd Rəbb belə deyir:
10 Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. 11 Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». 12 Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm». 13 Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? 14 [c] Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel [d] qoyacaq. 15 Bu uşaq pisə pis deyib yaxşını seçə biləndə kəsmik və bal yeyəcək. 16 Amma bu uşaq pisə pis deyib yaxşını seçə bilməzdən əvvəl səni dəhşətə salan o iki padşahın torpaqları boş qalacaq. 17 Rəbb səni, xalqını və ata nəslini Efrayimin Yəhudadan ayrıldığı bu günə qədər görünməyən fəlakətə uğradacaq, Aşşur padşahını üstünüzə gətirəcək.
- a 2Pad. 16:5; 2Saln. 28:5-6
- b Şear-Yaşuv – ibrani dilində sağ qalanlar dönəcək.
- c Mat. 1:22-23
- d İmmanuel – ibrani dilində Allah bizimlədir.