6 [e]Bu şeylər belə qurulduqdan sonra kahinlər həmişə çadırın ilk bölməsinə daxil olub ibadət aparırlar. 7 [f]İkinci bölməsinə isə yalnız baş kahin daxil ola bilər. O da özü üçün və xalqın bilmədən işlətdiyi günahlar üçün orada təqdim etdiyi qurban qanı olmadan o yerə daxil ola bilməz. 8 Müqəddəs Ruh bununla göstərir ki, çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır. 9 Bu çadır indiki vaxt üçün bir misaldır. Bu səbəbdən ibadət edənin vicdanını kamilləşdirə bilməyən təqdimlər və qurbanlar verilir. 10 Bunlar ancaq yemək, içmək və cürbəcür yuyunma tərzləri ilə, yəni hər şeyin nizama salınacağı vaxtadək qüvvədə olub cismani işlərə məxsus olan qaydalarla əlaqədardır.
11 Lakin Məsih indi gələn[g] nemətlərin Baş Kahini olaraq gəldi. İnsan əli ilə qurulmayan, yəni bu yaradılışdan olmayan daha böyük və daha mükəmməl çadırdan keçib 12 [h]təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi. 13 Çünki əgər təkələrlə buğaların qanı və düyənin külünün murdar olanların üstünə səpilməsi onları təqdis edib cismən təmizləyirsə, 14 deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək!
15 Buna görə də çağırılmışların vəd edilən əbədi irsi alması üçün Məsih Yeni Əhdin Vasitəçisidir. Çünki O, Birinci Əhd zamanı etdikləri təqsirlərdən onları satın almaq üçün ölmüşdü. 16 Bir vəsiyyətnamə varsa, vəsiyyət edənin ölümünü sübut etmək lazımdır. 17 Çünki vəsiyyətnamə yalnız ölümdən sonra qüvvəyə minir. Vəsiyyət edən sağ olanda vəsiyyətnamənin heç bir qüvvəsi yoxdur. 18 Bu səbəbə görə Birinci Əhd də qan axıdılmadan qüvvəyə minmədi. 19 [i]Musa Qanunun hər əmrini bütün xalqın önündə bəyan edəndən sonra su, al rəngli yun və züfa otu ilə dana və təkələrin[j] qanını götürüb həm kitabın özünə, həm də bütün xalqın üzərinə səpərək dedi:
- a Çıx. 25:23-40; 26:1-30; 36:8-34; 37:10-24
- b Çıx. 26:31,33
- c Çıx. 16:33; 25:10-16; 30:1-6; 37:25-28; Say. 17:8-10; Qanun. 10:3-5
- d Çıx. 25:17-22; 37:6-9
- e Say. 18:2-6
- f Lev. 16:1-34
- g İndi gələn – bəzi əlyazmalarda gələcək.
- h Lev. 16:15-16; Say. 19:9,17-19
- i Çıx. 24:6-8
- j Dana və təkələrin – bəzi əlyazmalarda danaların.
- k Lev. 8:15
- l Lev. 17:11
- m Yeş. 53:12