4 Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız. 5 [a]Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz:
7 Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Elə bir oğul varmı atası onu tərbiyələndirməsin? 8 Hər kəs üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli, siz oğul yox, qeyri-qanuni övladsınız. 9 Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi? 10 Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir. 11 Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir.
12 [b]Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin. 13 Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın.
18 [f]Siz toxunula bilən, odla yanan bir şeyə,[g] qaranlığa, zülmətə, qasırğaya, 19 şeypur gurultusuna və kəlam söyləyən səsə yaxınlaşmadınız; o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar. 20 [h]Çünki «əgər dağa bir heyvan belə, toxunsa, o, daşqalaq edilsin» əmrinə tab gətirə bilməzdilər. 21 [i]Bu mənzərə o qədər qorxunc idi ki, Musa «mən qorxu və lərzə içindəyəm» dedi. 22 [j]Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə, 23 göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına, 24 Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.
25 [k]Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq Edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir. 26 [l]O vaxt Onun səsi yeri sarsıtdı. Amma indi
- a Əyy. 5:17; Sül. 3:11-12; Vəhy 3:19
- b Sül. 4:26; Yeş. 35:3
- c Qanun. 29:18
- d Yar. 25:29-34
- e Yar. 27:30-40
- f Çıx. 19:16-22; 20:18-21; Qanun. 4:11-12; 5:22-27
- g Bir şeyə – bəzi əlyazmalarda dağa.
- h Çıx. 19:12-13
- i Qanun. 9:19
- j Yar. 4:10
- k Çıx. 20:22
- l Haq. 2:6
- m Qanun. 4:24; 9:3