1 Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz. 2 Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər. 3 Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır. 4 Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.
5 [a]Buna görə Məsih dünyaya gələndə deyir:
11 Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir. 12 [c]Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu. 13 O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir. 14 Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.
15 Müqəddəs Ruh da bu haqda bizə şəhadət edir. Çünki əvvəl deyir:
26 [g]Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. 27 Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır. 28 [h]Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür. 29 [i]Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq? 30 [j]Çünki
32 Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz. 33 Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz. 34 Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz. 35 Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. 36 Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var. 37 [k]Çünki
- a Zəb. 40:6-8
- b Sənin iradəni – bəzi əlyazmalarda Ay Allah, Sənin iradəni.
- c Zəb. 110:1
- d Yer. 31:33-34; İbr. 8:10-12
- e Lev. 8:30; Yez. 36:25
- f Qiyamət günü – hərfi tərcümədə gün.
- g Yeş. 26:11
- h Qanun. 17:6; 19:15
- i Çıx. 24:8
- j Qanun. 32:35-36; Rom. 12:19
- k Hab. 2:3-4; Rom. 1:17; Qal. 3:11