14 İbrahim səhər tezdən qalxdı, çörək və bir tuluq su götürüb çiyninə qoyaraq Həcərə verdi. Uşağı da ona verib onu yola saldı. Həcər gedib Beer-Şeva çölündə dolaşdı. 15 Tuluqda su qurtardı. O, oğlunu bir kolun altına qoydu. 16 Sonra oradan bir ox məsafəsi qədər aralanıb uzaqda oturdu. «Oğlumun ölümünü görməyim» dedi və uşağın qarşısında oturub hönkür-hönkür ağladı.
17 Allah uşağın səsini eşitdi. Allahın mələyi göylərdən Həcəri çağırıb dedi: «Sənə nə olub, Həcər? Qorxma, çünki uşağın oturduğu yerdən Allah onun səsini eşitdi. 18 Qalx uşağı qaldır, onu qucağına götür. Mən ondan böyük bir millət törədəcəyəm». 19 Allah Həcərin gözlərini açdı və o, bir su quyusu gördü. Gedib tuluğu su ilə dolduraraq uşağa içirtdi. 20 Allah bu uşaqla idi. O böyüyüb, çöldə yaşamağa başladı və mahir oxatan oldu. 21 O, Paran çölündə məskən saldı. Anası ona Misir torpağından bir arvad aldı.
25 Avimelekin adamlarının qəsb etdiyi su quyusundan ötrü İbrahim Avimeleki məzəmmət etdi. 26 Avimelek dedi: «Bilmirəm, bu işi kim etdi. Sən də mənə bildirmədin, mən ancaq indi eşidirəm». 27 İbrahim qoyun-keçi və mal-qara alıb Avimelekə verdi. Beləcə ikisi bir əhd bağladı. 28 İbrahim sürüsündən yeddi dişi quzunu ayırıb qoydu. 29 Avimelek İbrahimə dedi: «Ayırıb qoyduğun bu yeddi dişi quzu nə üçündür?» 30 O dedi: «Bu yeddi dişi quzunu məndən götür ki, bu quyunu qazdığıma şəhadət olsun». 31 Buna görə də o buranı Beer-Şeva[g] adlandırdı, çünki onların ikisi də orada and içdi. 32 Beləcə Beer-Şevada əhd bağladılar. Sonra Avimelek və onun ordu başçısı Pikol qalxıb Filiştlilərin ölkəsinə qayıtdılar. 33 İbrahim Beer-Şevada bir yulğun ağacı əkdi və orada əbədi Allah olan Rəbbin adını çağırdı. 34 İbrahim Filiştlilərin ölkəsində uzun müddət qaldı.
<- YARADILIŞ 20YARADILIŞ 22 ->- a İbr. 11:11
- b İshaq – ibrani dilində gülür.
- c Yar. 17:12; Həv. 7:8
- d Qal. 4:29-30
- e Rom. 9:7; İbr. 11:18
- f Yar. 26:26
- g Beer-Şeva – ibrani dilində and quyusu yaxud yeddi quyu.