Link to home pageLanguagesLink to all Bible versions on this site
16
Həcər və İsmail
1 İbramın arvadı Sarayın uşağı olmurdu. Onun Həcər adında Misirli bir qarabaşı var idi. 2 Saray İbrama dedi: «Bax Rəbb mənim bətnimi bağladı ki, uşağım olmasın. Qarabaşımla yaxınlıq et, qoy o mənim üçün uşaq doğsun». İbram Sarayın sözünə qulaq asdı. 3 İbramın arvadı Saray qarabaşı Misirli Həcəri götürüb əri İbrama arvad olmaq üçün verdi; bu əhvalat İbram Kənan torpağında on il yaşadıqdan sonra baş verdi. 4 İbram Həcərlə yaxınlıq etdi və Həcər hamilə oldu. Həcər hamilə olduğunu görəndə xanımına həqarətlə baxmağa başladı. 5 Saray İbrama dedi: «Mənim təhqir olunmağıma sən səbəb oldun. Mən qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə mənə həqarətlə baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin». 6 İbram Saraya dedi: «Qarabaşını sənin ixtiyarına verirəm, ona nə istəyirsən, elə». Saray qarabaşı ilə sərt rəftar etməyə başladı və qarabaşı onun yanından qaçdı.

7 Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı. 8 Mələk ondan soruşdu: «Ey Sarayın qarabaşı Həcər, haradan gəlib, haraya gedirsən?» Həcər dedi: «Mən xanımım Sarayın yanından qaçıram». 9 Rəbbin mələyi ona dedi: «Xanımının yanına qayıt və ona tabe ol». 10 Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək». 11 Sonra Rəbbin mələyi ona dedi:

«Bax sən hamiləsən,
Bir oğul doğacaqsan.
Onun adını İsmail *İsmail – ibrani dilində Allah eşidir. qoyarsan,
Çünki Rəbb əziyyət içində fəryadını eşitdi.
12 O, insanlar arasında
Vəhşi eşşək kimi olacaq:
O hamıya,
Hamı isə ona qarşı çıxacaq,
Bütün qardaşları ilə yola getməyərək yaşayacaq».

13 Həcər onunla danışan Rəbbi «Sən El-Roisən» El-Roi – ibrani dilində Məni görən Allah. adlandırdı, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm». 14 Buna görə də həmin bulaq Beer-Laxay-Roi Beer-Laxay-Roi – ibrani dilində məni görən Var Olanın bulağı. adlanır. O, Qadeşlə Beredin arasında yerləşir.

15 *Qal. 4:22 Həcər İbrama bir oğul doğdu və İbram Həcərdən olan oğlunun adını İsmail qoydu. 16 Həcər ona İsmaili doğanda İbramın səksən altı yaşı var idi.

<- YARADILIŞ 15YARADILIŞ 17 ->