6 [b]Məsələn, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı». 7 [c]İndi isə bunu bilin ki, İbrahimin övladları imana əsaslananlar olur. 8 [d]Müqəddəs Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə «bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq» deyərək Müjdəni qabaqcadan bildirdi. 9 Beləliklə, imana əsaslananlar iman etmiş olan İbrahimlə birlikdə xeyir-dua alırlar.
10 [e]Qanuna əməl etməyə əsaslananların hamısı lənət altındadır. Çünki yazılıb: «Qoy Qanun kitabında yazılan hər şeyə riayət etməyən, onu təsdiq etməyən hər kəsə lənət olsun!» 11 [f]Aydındır ki, Allah qarşısında heç kim Qanun vasitəsilə saleh sayılmır, çünki «saleh adam imanla yaşayacaq». 12 [g]Qanun isə imana əsaslanmamışdır. Əksinə, «bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq». 13 [h]Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!» 14 Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq.
19 Bəs Qanun nə üçündür? Qanun Əhdi pozanları təqsirləndirmək üçün əlavə olundu. Vədi alan və İbrahimin nəslindən olan Şəxs gələnə qədər qüvvədə qalmalı idi. Mələklər vasitəsilə, bir vasitəçi əli ilə tərtib edildi. 20 Vasitəçi tək bir nəfərə aid deyildir, Allah isə birdir.
23 Amma bu iman gəlməzdən qabaq biz Qanun altında saxlanmışdıq, gələcək iman zühur edənə qədər əsir tutulmuşduq. 24 Yəni Qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla saleh sayılaq. 25 Amma iman gəldiyinə görə biz artıq mürəbbinin əli altında deyilik.
26 Siz hamınız Məsih İsaya olan iman vasitəsilə Allahın övladlarısınız. 27 Çünki vəftizdə Məsihlə birləşən hamınız Məsihə bürünmüsünüz. 28 Artıq Yəhudi ilə Yunan, qulla azad, kişi ilə qadın arasında fərq yoxdur. Çünki hamınız Məsih İsada birsiniz. 29 [m]Əgər Məsihə aidsinizsə, deməli, İbrahimin nəslindənsiniz və vədə görə varissiniz.
<- QALATİYALILARA 2QALATİYALILARA 4 ->- a Tilsimlədi? – bəzi əlyazmalarda tilsimlədi ki, həqiqətə itaət etməyəsiniz? (Qal. 5:7).
- b Yar. 15:6; Rom. 4:3; Yaq. 2:23
- c Rom. 4:16
- d Yar. 12:3
- e Qanun. 27:26
- f Hab. 2:4
- g Lev. 18:5
- h Qanun. 21:22-23
- i Yar. 12:7; 13:14-15
- j Çıx. 12:40
- k Təsdiq etdiyi – bəzi əlyazmalarda Məsih barəsində təsdiq etdiyi.
- l Rom. 4:14
- m Rom. 4:13