6 [a]Etibarlı sayılan şəxslərə gəlincə, kim olursa olsun mənə vacib deyil, Allah insanlara tərəfkeşlik etməz. Lakin bu etibarlı sayılan şəxslər mənim dediklərimə heç nə artırmadılar. 7 Əksinə, sünnətlilərə[b] Müjdə yaymaq işi Peterə tapşırıldığı kimi sünnətsizlər[c] arasında Müjdə yaymaq işinin mənə tapşırıldığını gördülər. 8 Çünki sünnətlilərə həvari olması üçün Peterdə fəal olan Allah başqa millətlər üçün məndə də fəal oldu. 9 Cəmiyyətin sütunları sayılan Yaqub, Kefa və Yəhya mənə bağışlanan lütfü tanıdıqda mənə və Barnabaya sağ əllərini uzatdılar ki, şərikliyimiz olsun. Ona görə ki biz başqa millətlərin, onlarsa sünnətlilərin yanına getsin. 10 Yalnız yoxsulları yad etməyimizi istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim.
15 Biz anadangəlmə Yəhudilərik, başqa millətdən olan «günahkarlar» deyilik. 16 [d]Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz. 17 Əgər biz Məsihdə saleh sayılmaq istərkən özümüz günahkar çıxsaq, belə çıxır ki, Məsih günah xidmətçisidir? Əsla! 18 Əgər mən əvvəlcə yıxdığımı yenidən tikirəmsə, özümü Qanunu pozan olaraq göstərirəm. 19 Çünki mən Qanun vasitəsilə Qanuna münasibətdə öldüm[e] ki, Allah üçün yaşayım. 20 Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram. 21 Allahın lütfünü rədd etmirəm. Çünki əgər salehlik Qanun vasitəsilə qazanıla bilsəydi, deməli Məsih boş yerə öldü.
<- QALATİYALILARA 1QALATİYALILARA 3 ->- a Qanun. 10:17
- b Sünnətlilər – yəni Yəhudilər.
- c Sünnətsizlər – yəni başqa millətlər.
- d Zəb. 143:2; Rom. 3:20,22
- e Qanuna münasibətdə öldüm – yəni Qanunun mənim üzərimdəki hakimiyyətindən qurtuldum.