1 Babil padşahı Navuxodonosorun Babilə apardığı əsirlər yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdılar.
2 Onlar Zerubbabil, Yeşua, Nehemya, Seraya, Reelaya, Mordokay, Bilşan, Mispar, Biqvay, Rexum, Baananın başçılığı ilə gəldilər.
36 Kahinlər:
40 Levililər: Hodavya nəslindən yaranan Yeşua və Qadmiel övladları – 74 nəfər.
41 İlahiçilər: Asəf övladları – 128 nəfər.
42 Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları və Şovay övladları ilə birlikdə 139 nəfər.
43 Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları, 44 Qeros övladları, Siaha övladları, Padon övladları, 45 Levana övladları, Xaqava övladları, Aqquv övladları, 46 Xaqav övladları, Şamlay övladları, Xanan övladları, 47 Giddel övladları, Qaxar övladları, Reaya övladları, 48 Resin övladları, Neqoda övladları, Qazzam övladları, 49 Uzza övladları, Paseah övladları, Besay övladları, 50 Asna övladları, Meunim övladları, Nefusim övladları, 51 Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, 52 Baslut övladları, Mexida övladları, Xarşa övladları, 53 Barqos övladları, Sisra övladları, Tamax övladları, 54 Nesiah övladları, Xatifa övladları.
55 Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Hassoferet övladları, Peruda övladları, 56 Yela övladları, Darqon övladları, Giddel övladları, 57 Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Ami övladları.
58 Məbəd qulluqçuları ilə Süleymanın əyan qullarının övladları – cəmi 392 nəfər.
59 Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: 60 Delaya övladları, Toviya övladları, Neqoda övladları – 652 nəfər.
61 Kahinlərin nəslindən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları. 62 Onlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. 63 Yəhuda valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».
64 Bütün camaat birlikdə 42 360 nəfər idi. 65 Bundan başqa, 7337 nəfər kölə və kənizlər, 200 nəfər kişi və qadından ibarət ilahiçi var idi. 66 Bu adamların 736 atı, 245 qatırı, 67 435 dəvəsi, 6720 eşşəyi var idi.
68 Rəbbin Yerusəlimdəki məbədinə gələn zaman bəzi nəsil başçıları Allahın evini öz yerində tikmək üçün könüllü ianələr verdilər. 69 Bu iş üçün yığılan xəzinəyə imkan daxilində altmış bir min darik [a] qızıl, beş min mina gümüş və yüz kahin geyimi verdilər.
70 [b] Kahinlər, Levililər, xalqın bəziləri, ilahiçilər, məbəd qapıçıları və qulluqçuları öz şəhərlərində yerləşdilər. Beləliklə, İsraillilər isə öz şəhərlərində yerləşdilər.
<- EZRA 1EZRA 3 ->- a Darik – qızıl sikkə.
- b 1Saln. 9:2; Neh. 11:3