5 Rəbbin sözünə görə qulu Musa elə orada – Moav torpağında öldü. 6 Rəbb onu Moav torpağında olan Bet-Peor qarşısındakı dərədə dəfn etdi. Bu günə qədər heç kim onun qəbrinin yerini bilmir. 7 Musa öləndə yüz iyirmi yaşında idi. Gözü nurdan düşməmiş, taqəti çəkilməmişdi. 8 İsrail övladları Musa üçün Moav düzənliyində otuz gün yas tutdular.
9 Nun oğlu Yeşua hikmət ruhu ilə dolmuşdu, çünki Musa onun üzərinə əllərini qoymuşdu. İsrail övladları da ona qulaq asdılar və Rəbbin Musaya əmr etdiyi hər şeyə əməl etdilər.
10 *Çıx. 33:11 İsraildə Musa kimi Rəbbin üz-üzə görüşdüyü bir peyğəmbər bir daha çıxmadı. 11 Rəbb onu göndərmişdi ki, Misir torpağında firona, onun bütün əyanlarına, ölkəsinə çoxlu əlamətlər və möcüzələr göstərsin. 12 Musanın əməlləri İsraillilərin gözləri önündə böyük və zəhmli idi.
<- QANUNUN TƏKRARI 33