3 Murdar şeylər yeməyin. 4 Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi, 5 maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu. 6 Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz. 7 Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır. 8 Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun.
9 Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz. 10 Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin.
11 Bütün pak quşların ətindən yeyə bilərsiniz. 12 Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş, 13 çalağan, şahin, bütün çalağan cinsindən olanlar, 14 bütün qarğa cinsindən olanlar, 15 dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar, 16 yapalaq, böyük bayquş, ağ bayquş, 17 qutan, leş kərkəsi, qarabatdaq, 18 leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa. 19 Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin. 20 Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz.
21 [c] Ölü halda tapılan heyvan ətindən yeməyin. Şəhərinizdə olan əcnəbiyə verə bilərsiniz ki, yesin yaxud da yadellilərə sata bilərsiniz. Siz isə Allahın müqəddəs xalqısınız. Oğlağı anasının südündə bişirməyin.
28 Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın. 29 Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin.
<- QANUNUN TƏKRARI 13QANUNUN TƏKRARI 15 ->