17 İndi, ey qardaşlar, bilirəm ki, rəhbərləriniz kimi siz də bunu bilmədən etmisiniz. 18 Amma Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi. 19 Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki, 20 Rəbbin hüzurunda rahatlıq vaxtı tapasınız və O da sizin üçün əvvəlcədən təyin olunan Məsihi, yəni İsanı göndərsin. 21 Çünki Allahın qədimdən bəri müqəddəs peyğəmbərlərinin dili ilə məlum etdiyi kimi hər şeyin yenidən hazırlanacağı vaxtacan İsanın səmada qalması lazımdır. 22 *Qanun. 18:15,18,19; Lev. 23:29Musa‡Musa – bəzi əlyazmalarda Musa ata-babalarımıza. belə demişdi: “Allahınız Rəbb sizin üçün öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Sizə nə söyləyəcəksə, ona qulaq asın”. 23 “Bu peyğəmbərə qulaq asmayan hər adam xalqı arasından ayrılıb məhv ediləcək”. 24 Şamueldən başlayaraq bütün peyğəmbərlər bu günləri elan etdilər. 25 *Yar. 12:3; 22:18; 26:4; 28:14Siz də peyğəmbərlərin varisləri, Allahın ata-babalarınızla kəsdiyi Əhdin varislərisiniz. Allah İbrahimə demişdi: “Yer üzünün bütün tayfaları sənin nəslin vasitəsilə xeyir-dua alacaq”. 26 Allah hər birinizi pis əməllərinizdən döndərmək və xeyir-dua vermək üçün Öz Qulunu§Qulunu – bəzi əlyazmalarda Qulu İsanı. dirildərək əvvəlcə sizin yanınıza göndərdi».
<- HƏVARİLƏRİN İŞLƏRİ 2HƏVARİLƏRİN İŞLƏRİ 4 ->- a Doqquzuncu saat – hazırkı vaxtla günortadan sonra saat üç.
- b Bu kişi – bəzi əlyazmalarda Şikəstlikdən sağalan bu kişi.
*3:14 Mat. 27:15-23; Mark 15:6-14; Luka 23:13-24; Yəh. 19:12-15
- ~6~ Musa – bəzi əlyazmalarda Musa ata-babalarımıza.
- ~8~ Qulunu – bəzi əlyazmalarda Qulu İsanı.