5 Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. 6 Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı. 7 Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? 8 Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik? 9 Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində,[c] 10 Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan 11 Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır». 12 Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?» 13 Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».
22 Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir. 23 [f]Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz. 24 [g]Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi. 25 [h]Davud da Onun barəsində demişdi:
29 Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır. 30 [i]Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri[j] onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi. 31 [k]Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah
37 Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» 38 Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız. 39 Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür». 40 Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun». 41 Onun sözünü qəbul edənlər[m] vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu. 42 Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər.
- a Lev. 23:15-21; Qanun. 16:9-11
- b Əllinci Gün bayramı – yunan mətnində pentikosti sözü olub Pasxa bayramından sonra əllinci gün qeyd edilir.
- c Asiya vilayəti – indiki Türkiyə ərazisində olmuş bir vilayət.
- d Üçüncü saat – hazırkı vaxtla səhər saat doqquz.
- e Yoel 2:28-32
- f Mat. 27:35; Mark 15:24; Luka 23:33; Yəh. 19:18
- g Mat. 28:5-6; Mark 16:6; Luka 24:5
- h Zəb. 16:8-11
- i 2Şam. 7:12-13; 1Pad. 17:11-12; Zəb. 132:11
- j Öz nəslindən bir Nəfəri – bəzi əlyazmalarda Onun soy-kökündən olan Məsihi dirildib.
- k Zəb. 16:10
- l Zəb. 110:1
- m Qəbul edənlər – bəzi əlyazmalarda sevinə-sevinə qəbul edənlər.
- n Həv. 4:32-35