3 Heç kim sizi heç bir şəkildə aldatmasın. Çünki əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam[b] meydana çıxmayınca o gün gəlməyəcək. 4 [c]O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək.
5 Hələ yanınızda olarkən bunları sizə söylədiyim yadınızda deyilmi? 6 Bəli, vaxtı çatanda meydana çıxsın deyə indi o adama nəyin mane olduğunu bilirsiniz. 7 Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxanadək belə olacaq. 8 [d]Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək. 9 [e]Bu qanunsuz adam Şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə 10 və həmçinin hər cür haqsızlığın hiyləsi ilə gələcək ki, həqiqəti sevərək xilas olmaq əvəzinə, bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın. 11 Buna görə Allah onların üzərinə aldadıcı bir qüvvə göndərir ki, yalana inansınlar. 12 Belə ki həqiqətə inanmayıb haqsızlıq etməkdən zövq alanların hamısı mühakimə olunsun.
16 Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah 17 sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.
<- 2 SALONİKLİLƏRƏ 12 SALONİKLİLƏRƏ 3 ->- a 1Sal. 4:15-17
- b Qanunsuz adam – bəzi əlyazmalarda günah adamı.
- c Yez. 28:2; Dan. 11:36
- d Yeş. 11:4
- e Mat. 24:24