8 *Zəb. 90:4Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir. 9 Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir. 10 *Mat. 24:43; Luka 12:39; 1Sal. 5:2; Vəhy 16:15Rəbbin günü isə oğru*Oğru – bəzi əlyazmalarda gecə gələn oğru. kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq.†İfşa olunacaq – bəzi əlyazmalarda yanıb yox olacaq.
11 Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız. 12 Allahın zühur gününü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcək. 13 *Yeş. 65:17; 66:22; Vəhy 21:1Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik.
17 Beləliklə, siz, ey sevimlilər, bunu əvvəlcədən bilib pozğun adamlar sizi aldadaraq yoldan azdırmasın və sabit vəziyyətinizdən ayrılmayasınız deyə özünüzü qoruyun. 18 Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun! Amin.
<- 2 PETER 2- ~6~ Oğru – bəzi əlyazmalarda gecə gələn oğru.
- ~7~ İfşa olunacaq – bəzi əlyazmalarda yanıb yox olacaq.
*3:13 Yeş. 65:17; 66:22; Vəhy 21:1
*3:3 Yəhd. 18
*3:10 Mat. 24:43; Luka 12:39; 1Sal. 5:2; Vəhy 16:15