1 Bilirik ki, sığındığımız bu dünyəvi çadır*Dünyəvi çadır – yəni cismimiz. dağılarsa, göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var. 2 İndi isə səmavi məskənimiz üstümüzü örtsün deyə həsrət çəkərək inləyirik. 3 Soyunuruqsa da,†Soyunuruqsa da – bəzi əlyazmalarda Bu məskən üstümüzü örtsə. lüt-üryan qalmarıq. 4 Bu dünyəvi çadırda ikən hamımız ağır yük altında inləyirik. Çünki soyunmamızı deyil, üstümüzün örtülməsini istəyirik ki, həyat fani şeyləri yeyib-udsun. 5 Bizi məhz bunun üçün hazırlaşdıran Allahdır. O, Ruhunu bizə girov verdi. 6 Buna görə həmişə arxayınlığımız var, həm də bilirik ki, bu bədəndə məskunlaşdıqca Rəbdən uzağıq. 7 Gözlə görünənə deyil, imana görə həyat sürürük. 8 Əlbəttə, arxayınlığımız var və bu bədəndən uzaqlaşıb Rəbbimizin yanında məskunlaşmağı üstün tuturuq. 9 Buna görə bədəndə məskun və yaxud bədəndən uzaq olmağımıza baxmayaraq, məqsədimiz Rəbbi razı salmaqdır. 10 *Rom. 14:10Çünki hər birimiz bu bədəndə olanda etdiyimiz əməllər pis də olsa, yaxşı da olsa, onların əvəzini almaq üçün Məsihin hökm kürsüsü önünə çıxmalıyıq.
16 Bunun nəticəsində də biz artıq heç kimi bəşəri nöqteyi-nəzərdən tanımırıq. Nə vaxtsa Məsihi bəşəri nöqteyi-nəzərdən tanısaq da, indi Onu elə tanımırıq. 17 Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi. 18 Bunların hamısı Allahdandır. O, Məsih vasitəsilə bizi Özü ilə barışdırdı və bizə barışdırma xidmətini verdi. 19 Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi. Barışdırma sözünü də bizə əmanət etdi. 20 Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın. 21 Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
<- 2 KORİNFLİLƏRƏ 42 KORİNFLİLƏRƏ 6 ->