Link to home pageLanguagesLink to all Bible versions on this site

1 *Həv. 17:15Buna görə də artıq dözməyib Afinada tək qalmağa razı olduq 2 və qardaşımız, Məsihin Müjdəsini yaymaqda Allahın əməkdaşı*Allahın əməkdaşı – bəzi əlyazmalarda Allahın qulu və bizim əməkdaşımız. olan Timoteyi sizi imanda möhkəmləndirmək və ruhlandırmaq üçün göndərdik. 3 Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq. 4 Çünki yanınızda olarkən əziyyət çəkəcəyimizi sizə əvvəlcədən demişdik və bildiyiniz kimi, belə də oldu. 5 Buna görə mən artıq dözməyib Timoteyi yanınıza göndərdim ki, imanınızdan xəbərdar olum. Qorxdum ki, sınağaçəkənSınağaçəkən – yəni Şeytan. bəlkə sınaqları ilə sizi yoldan çıxarmış olar və əməyimiz hədər gedər.

Salonikdən şad xəbərlər gəlir
6 *Həv. 18:5Amma yanınızdan indicə qayıdan Timotey imanınız və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O dedi ki, siz bizi daim xoş təəssüratla yada salırsınız və biz həsrətinizi çəkdiyimiz kimi siz də həsrətimizi çəkirsiniz. 7 Ona görə də, qardaşlar, bütün sıxıntı və əziyyətimizə baxmayaraq, imanınıza görə sizdən təsəlli aldıq. 8 Çünki sizin Rəbdə qalmağınız indi bizə həyat verir. 9 Allahımız qarşısında sizə görə tam sevincimiz var. Belə olmasaydı, sizə görə Allaha necə şükür edə bilərdik? 10 Sizin üzünüzü görmək və imanınızda çatışmayanları tamamlamaq üçün gecə-gündüz səylə dua edirik.

11 Qoy Atamız Allah Özü və Rəbbimiz İsa bizim üçün sizin tərəflərə yol açsın. 12 Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətimiz tək artırıb-çoxaltsın. 13 Belə ki Rəbbimiz İsa bütün müqəddəsləri ilə birgə zühur edəcəyi vaxt Atamız Allahın önündə müqəddəslikdə nöqsansız olmağınız üçün ürəklərinizə qüvvə versin. Amin.

<- 1 SALONİKLİLƏRƏ 21 SALONİKLİLƏRƏ 4 ->