7 O gün Şaulun əyanlarından bir nəfər orada idi. O, Rəbbin önündə olan dini mərasimə görə yubanmışdı. Bu, Şaulun baş çobanı Edomlu Doeq idi. 8 Davud Aximelekə dedi: «Burada yanınızda bir nizə yaxud bir qılınc varmı? Çünki padşah mənə təcili iş buyurduğu üçün nə qılıncımı, nə də silahlarımı götürə bildim». 9 [c] Kahin dedi: «Ela vadisində öldürdüyün Filiştli Qolyatın qılıncı bezə bükülü olaraq orada – efodun arxasındadır. Əgər onu istəyirsənsə, götür, çünki burada ondan başqası yoxdur». Davud dedi: «Onun əvəzi yoxdur, mənə ver».
10 O gün Davud Şauldan qaçdı və Qat padşahı Akişin yanına getdi. 11 [d] Akişin əyanları ona dedilər: «Bu öz ölkəsinin padşahı Davud deyilmi? Rəqslərdə qadınlar bunu tərənnüm edib oxumurdularmı?
12 [e] Davud bu sözləri ürəyinə salıb Qat padşahı Akişdən çox qorxdu. 13 Onların qarşısında görkəmini dəyişdirdi və yanlarında özünü dəli kimi göstərərək darvaza qapısının taylarını cırmaqladı və ağzının suyunu saqqalına axıtdı. 14 Akiş əyanlarına dedi: «Bax görürsünüz ki, bu adam dəlidir. Nə üçün onu mənim yanıma gətirmisiniz? 15 Mənim dəlilərim əskikdir ki, qarşımda dəlilik etmək üçün bunu da gətirdiniz? Heç belə adam da mənim evimə girərmi?»
<- BİRİNCİ ŞAMUEL 20BİRİNCİ ŞAMUEL 22 ->- a Mat. 12:3-4; Mark 2:25-26; Luka 6:3-4
- b Lev. 24:5-9
- c 1Şam. 17:51
- d 1Şam. 18:7; 29:5
- e Zəb. 56 başlıq; Zəb. 34 başlıq