5 [c]Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq[d] göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər». 6 [e]Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq. 7 [f]Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.
8 Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. 9 Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər. 10 Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. 11 Qüdrət[g] əbədi olaraq Onun olsun! Amin.
13 [i]Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayır. 14 Bir-birinizi məhəbbətlə öpərək salamlayın.
- a Yəh. 21:15-17
- b Və Allahı razı salan – bəzi əlyazmalarda bu sözlər yoxdur.
- c Sül. 3:34
- d İtaətkarlıq – bəzi əlyazmalarda tabe olaraq itaətkarlıq.
- e Mat. 23:12; Luka 14:11; 18:14
- f Zəb. 55:22
- g Qüdrət – bəzi əlyazmalarda İzzət və qüdrət.
- h Həv. 15:22,40
- i Həv. 12:12,25; 15:37-39; Kol. 4:10; Flm. 23-24