7 [d]Ey ərlər, siz də bunun kimi arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun davranın. Sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına görə onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin.
13 Əgər yaxşılıq etməyə səy göstərsəniz, sizə kim pislik edər? 14 [f]Amma salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsınız. İnsanların hədə-qorxu gəlməsindən qorxmayın və lərzəyə düşməyin. 15 Lakin Məsihi[g] Rəbb kimi ürəyinizdə müqəddəs tutun. Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun. 16 Vicdanınızı təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə olan yaxşı davranışınızı təhqir edənlər sizə atdıqları[h] böhtandan utansınlar. 17 Əgər Allahın iradəsi budursa, yaxşılıq etdiyi üçün əzab çəkmək pislik etdiyi üçün əzab çəkməkdən yaxşıdır. 18 Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi[i] ki, sizi Allahın hüzuruna gətirsin. O cismən edam edilmiş, amma ruhən həyata qovuşmuşdur. 19 O ruhən gedib zindandakı ruhlara da vəz etdi. 20 [j]Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı. 21 Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani çirki yumaqdan ötrü deyil, təmiz vicdanla Allah qarşısında söz vermək üçündür. 22 İsa Məsih göyə qalxıb və Allahın sağındadır. Mələklər, hakimlər və qüvvələr də Ona tabedir.
<- 1 PETER 21 PETER 4 ->- a Ef. 5:22; Kol. 3:18
- b 1Tim. 2:9-10
- c Yar. 18:12
- d Ef. 5:25; Kol. 3:19
- e Zəb. 34:12-16
- f Yeş. 8:12-13; Mat. 5:10
- g Məsihi – bəzi əlyazmalarda Allahı.
- h Sizə atdıqları – bəzi əlyazmalarda sizi pislik edən adamlar kimi təqsirləndirib atdıqları (1Pet. 2:12).
- i Əzab çəkdi – bəzi əlyazmalarda bizim uğrumuzda öldü, bəzilərində isə sizin uğrunuzda öldü.
- j Yar. 6:1–7:24