6 Su və qanla gələn Şəxs həmin İsa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir. 7 Bəli, üç şahid var: 8 Ruh, su və qan.[b] Bunların üçü də bir-birinə uyğun gəlir. 9 Biz insanların şəhadətini qəbul edirik, amma Allahın şəhadəti bundan üstündür. Çünki bu, Allahın şəhadətidir; O Öz Oğlu barədə şəhadət edib. 10 Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb. 11 [c]Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır. 12 Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur.
16 Əgər bir kəs qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy Allahdan onun sağ qalmasını diləsin və beləcə ona – ölümə aparmayan günah edən kəsə həyat versin. Ölümə aparan günah da var. Demirəm ki, bu barədə Allahdan istəsin. 17 Hər cür haqsızlıq günahdır, amma ölümə aparmayan günah da var.
18 Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir. 19 Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır. 20 Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur.
21 Ey övladlar, özünüzü bütlərdən qoruyun!
<- 1 YƏHYA 4- a Yəh. 14:15
- b Bəli, üç şahid var: 8 Ruh, su və qan – yunan dilində ilk nəşr olunan mətndə və bəzi tərcümələrdə Bəli, göydə üç şahid var: Ata, Kəlam və Müqəddəs Ruh; bunların üçü də birdir. 8 Yerdə də üç şahid var: Ruh, su və qan.
- c Yəh. 3:36
- d Biləsiniz – bəzi əlyazmalarda biləsiniz və Allahın Oğlunun adına inanasınız.