10 [h]Timotey nə vaxt yanınıza gəlsə, aranızda olanda onun heç bir şeydən qorxmamasına diqqət yetirin, çünki o da mənim kimi Rəbbin işini görür. 11 Bu səbəbə görə də qoy heç kim ona xor baxmasın. Fəqət onu əmin-arxayın yola salın ki, o yanıma gələ bilsin. Çünki mən qardaşlarla birgə onu gözləyirəm.
12 Apollo qardaşa gəlincə, mən ondan çox xahiş etdim ki, qardaşlarla birgə yanınıza getsin, amma o indi heç bir vasitə ilə getmək istəmir. Ona münasib olan vaxt gedəcək.
15 [i]Qardaşlar, sizdən bir xahişim var. Siz Stefananın ailəsini tanıyırsınız və bilirsiniz ki, onlar Axayyanın ilk imanlılarıdır. Onlar özlərini müqəddəslərin xidmətinə həsr etmişlər. 16 Siz də belə adamlara və onlarla birlikdə çalışan və zəhmət çəkən hər kəsə tabe olun. 17 Stefana, Fortunat və Axaikin gəlməsinə sevinirəm, çünki onlar gələndə sizin üçün darıxmağımı unutdum. 18 Onlar sizin kimi mənim də ruhumu təzələdilər. Belələrinin qədrini bilin.
20 Bütün bacı-qardaşlar sizə salam göndərir. Bir-birinizi müqəddəs öpüşlə salamlayın.
21 Mən Paul bu salamı öz əlimlə yazıram. 22 Rəbbi sevməyənə lənət olsun. Marana ta![k] 23 Rəbbimiz İsanın lütfü sizə yar olsun! 24 Mənim məhəbbətim Məsih İsada olan hamınızla olsun!
<- 1 KORİNFLİLƏRƏ 15- a Rom. 15:25-26
- b Müqəddəslər – yəni Yerusəlimdə yaşayan, İsaya inanan yoxsul Yəhudilər.
- c Həftənin birinci günü – yəni bazar günü.
- d Həv. 19:21
- e Lev. 23:15-21; Qanun. 16:9-11
- f Həv. 19:8-10
- g Əllinci Gün bayramı – yunan mətnində pentikosti sözü olub Pasxa bayramından sonra əllinci gün qeyd edilir. Bax Həv. 2:1.
- h 1Kor. 4:17
- i 1Kor. 1:16
- j Həv. 18:2-3
- k Marana ta – arami dilində Rəbbimiz, gəl!