20 Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi. 21 Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. 22 Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq. 23 Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar. 24 Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq. 25 *Zəb. 110:1Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir. 26 Aradan götürüləcək son düşmən isə ölümdür. 27 *Zəb. 8:6Çünki Allah «hər şeyi Onun ayağının altına qoydu». Amma Məsihə hər şey tabe oldu deyiləndə aydın olur ki, hər şeyi Ona tabe etdirən Allah buraya daxil deyil. 28 Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun.
29 Yoxsa ölülər uğrunda vəftiz olunanlar nə edəcək? Əgər ölülər heç vaxt dirilməsə, insanlar ölülər uğrunda niyə vəftiz olunur? 30 Biz də nə üçün hər an təhlükələrə uğrayırıq? 31 Ey qardaşlar, Rəbbimiz Məsih İsada sizinlə etdiyim fəxrin haqqı üçün mən hər gün ölümlə qarşılaşıram. 32 *Yeş. 22:13Adi insanların bəslədiyi ümidlərlə Efesdə vəhşi heyvanlarla mübarizə aparmağımın mənə xeyri nə idi? Əgər ölülər dirilməzsə, «qoy yeyib-içək, çünki sabah öləcəyik!» 33 Aldanmayın:
42 Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz; 43 əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir; 44 əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var. 45 *Yar. 2:7Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu. 46 Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir. 47 İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.†Torpağından, ikinci İnsan göydən yarandı – bəzi əlyazmalarda torpağından yarandı, ikinci İnsan göydən yaranan Rəbdir. 48 Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir. 49 Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.
50 Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz. 51 *1Sal. 4:15-17Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik, 52 amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik. 53 Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir. 54 *Yeş. 25:8Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə
58 Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.
<- 1 KORİNFLİLƏRƏ 141 KORİNFLİLƏRƏ 16 ->- ~8~ Bu sitat yunan dramaturqu Menandrın «Tais» komediyasındandır.
- ~10~ Torpağından, ikinci İnsan göydən yarandı – bəzi əlyazmalarda torpağından yarandı, ikinci İnsan göydən yaranan Rəbdir.
- ~14~ Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı? – bəzi əlyazmalarda Ey ölüm, neştərin hanı? Ey ölülər diyarı, qələbən hanı?
*15:3 Zəb. 16:8-10; Yeş. 53:5-12; Mat. 12:40; Həv. 2:24-32
*15:5 Mat. 28:16-17; Mark 16:14; Luka 24:34,36; Yəh. 20:19