4 Eleazardan Pinxas törədi. Pinxasdan Avişua törədi. 5 Avişuadan Buqqi törədi. Buqqidən Uzzi törədi. 6 Uzzidən Zerahya törədi. Zerahyadan Merayot törədi. 7 Merayotdan Amarya törədi. Amaryadan Axituv törədi. 8 Axituvdan Sadoq törədi. Sadoqdan Aximaas törədi. 9 Aximaasdan Azarya törədi. Azaryadan Yoxanan törədi. 10 Yoxanandan Azarya törədi. Yerusəlimdə Süleymanın tikdiyi məbəddə Azarya kahin idi. 11 Azaryadan Amarya törədi. Amaryadan Axituv törədi. 12 Axituvdan Sadoq törədi. Sadoqdan Şallum törədi. 13 Şallumdan Xilqiya törədi. Xilqiyadan Azarya törədi. 14 Azaryadan Seraya törədi. Serayadan Yehosadaq törədi. 15 Navuxodonosorun vasitəsilə Rəbb Yəhudalıları və Yerusəlimliləri sürgün etdiyi zaman Yehosadaq da sürgün olundu.
16 [a] Levinin oğulları: Gerşon, Qohat və Merari. 17 Gerşonun oğullarının adları belədir: Livni və Şimey. 18 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel. 19 Merarinin oğulları: Maxli və Muşi. Nəsillərinə görə Levililərin övladları bunlardır. 20 Gerşonun nəsli: onun oğlu Livni, onun oğlu Yaxat, onun oğlu Zimma, 21 onun oğlu Yoah, onun oğlu İddo, onun oğlu Zerah, onun oğlu Yeatray. 22 Qohatın nəsli: onun oğlu Amminadav, onun oğlu Qorah, onun oğlu Assir, 23 onun oğlu Elqana, onun oğlu Evyasaf, onun oğlu Assir, 24 onun oğlu Taxat, onun oğlu Uriel, onun oğlu Uzziya və onun oğlu Şaul. 25 Elqananın oğulları: Amasay, Aximot və Elqana. 26 Elqananın nəsli: onun oğlu Sofay, onun oğlu Naxat, 27 onun oğlu Eliav, onun oğlu Yeroxam, onun oğlu Elqana. 28 Şamuelin oğulları: ilk oğlu Yoel və ikincisi Aviya. 29 Merarinin nəsli: onun oğlu Maxli, onun oğlu Livni, onun oğlu Şimey, onun oğlu Uzza, 30 onun oğlu Şima, onun oğlu Haqqiya, onun oğlu Asaya.
49 Harunun və onun nəslinin öhdəsinə isə bu işlər qoyulmuşdu: yandırma qurbangahında və buxur qurbangahında təqdim gətirilməsi, Ən Müqəddəs yerə aid hər iş – İsraillilərin günahlarını kəffarə etmək üçün Allahın qulu Musanın əmr etdiyi bütün işlər. 50 Harunun nəsli budur: onun oğlu Eleazar, onun oğlu Pinxas, onun oğlu Avişua, 51 onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zerahya, 52 onun oğlu Merayot, onun oğlu Amarya, onun oğlu Axituv, 53 onun oğlu Sadoq, onun oğlu Aximaas.
61 Digər Qohat övladlarına isə Menaşşe qəbiləsinin yarısının torpağından püşkə görə on şəhər verildi. 62 Gerşon övladlarına nəsillərinə görə İssakar qəbiləsinin, Aşer qəbiləsinin, Naftali qəbiləsinin və Başanda olan Menaşşe qəbiləsinin torpağından on üç şəhər verildi. 63 Merari övladlarına nəsillərinə görə Ruven, Qad və Zevulun qəbilələrinin torpağından püşklə on iki şəhər verildi. 64 İsrail övladları Levililərə bu şəhərləri və onların otlaqlarını verdilər. 65 Yəhuda, Şimeon və Binyamin qəbilələrinin torpağından adları göstərilən bu şəhərləri püşkə görə verdilər.
66 Qohat nəslindən bəzilərinə Efrayim qəbiləsinə aid şəhərləri verdilər. 67 Efrayimin dağlıq bölgəsində sığınacaq şəhəri olan Şekemlə otlaqları, Gezerlə otlaqları, 68 Yoqmeamla otlaqları, Bet-Xoronla otlaqları, 69 Ayyalonla otlaqları, Qat-Rimmonla otlaqları. 70 Menaşşe qəbiləsinin yarısının torpağından Anerlə otlaqları, Bileamla otlaqları Qohat nəslinin qalanına verildi.
71 Gerşon nəslinə bu yerlər verildi: oğullarına Menaşşe qəbiləsinin yarısının torpağından Başandakı Qolanla otlaqları, Aştarotla otlaqları, 72 İssakar qəbiləsinin torpağından Qedeşlə otlaqları, Davratla otlaqları, 73 Ramotla otlaqları, Anemlə otlaqları, 74 Aşer qəbiləsinin torpağından Maşalla otlaqları, Avdonla otlaqları, 75 Xuqoqla otlaqları, Rexovla otlaqları, 76 Naftali qəbiləsinin torpağından Qalileyada olan Qedeşlə otlaqları, Xammonla otlaqları, Qiryatayimlə otlaqları.
77 Merari nəslinin digər adamlarına bu yerlər verildi: Zevulun qəbiləsinin torpağından Rimmono ilə otlaqları, Tavorla otlaqları, 78 Yerixonun qarşısındakı, İordan çayının şərq tərəfində olan Ruven qəbiləsinin torpağından səhradakı Beserlə otlaqları, Yahsa ilə otlaqları, 79 Qedemotla otlaqları, Mefaatla otlaqları, 80 Qad qəbiləsinin torpağından Gileaddakı Ramotla otlaqları, Maxanayimlə otlaqları, 81 Xeşbonla otlaqları, Yazerlə otlaqları.
<- BİRİNCİ SALNAMƏLƏR 5BİRİNCİ SALNAMƏLƏR 7 ->