9 Yabes qardaşlarından daha hörmətli idi. Anası «onu ağrı ilə doğdum» deyib adını Yabes qoymuşdu. 10 Yabes İsrailin Allahını çağırıb dedi: «Kaş Sən mənə xeyir-dua verəydin! Torpaqlarımı genişləndir, mənə kömək ol və əzab çəkməyim deyə məni şərdən qoru». Allah da istədiyi şeyi ona verdi.
11 Şuxanın qardaşı Keluvdan Mexir törədi. Mexirdən Eşton törədi. 12 Eştondan Bet-Rafa, Paseahın və İr-Naxaşın atası Texinna törədi. Bunlar Rekalılardır. 13 Qenazın oğulları: Otniel və Seraya. Otnielin oğulları Xatat və 14 Ofranın atası olan Meonotay. Serayadan Ge-Xaraşimin [a] atası Yoav törədi. Bu şəhərin sakinləri ustalar olduğuna görə belə adlanırdı. 15 Yefunnenin oğlu Kalevin oğulları: İru, Ela və Naam. Elanın oğlu Qenaz idi. 16 Yehallelelin oğulları: Zif, Zifa, Tirya və Asarel. 17 Ezranın oğulları: Yeter, Mered, Efer, Yalon. Meredin arvad aldığı firon qızı Bityanın oğulları: Məryəm, Şammay və Eştemoanın atası İşbah. 18 Yəhudalı arvadı isə bunları doğdu: Qedorun atası Yered, Sokonun atası Xever və Zanoahın atası Yequtiel. 19 Naxamın bacısı Hodiyanın arvadı idi. Onun oğullarından Qarmili Qeila və Maakalı Eştemoa törədi. 20 Şimeonun oğulları: Amnon, Rinna, Ben-Xanan və Tilon. İşinin oğulları: Zoxet və Ben-Zoxet. 21 Yəhudanın oğlu Şelanın nəsilləri: Lexanın atası Er, Mareşanın atası Laada və Bet-Aşbeada olan incə kətan toxuyanların nəsilləri, 22 Yoqim və Kozevalılar, Yoaş və Saraf. Bunlar Moavda arvad aldılar və Lexemə qayıtdılar. Bu, qədim hadisələrdir. 23 Onlar dulusçu idi, Netaimdə və Gederada yaşayırdılar. Padşah üçün iş görərək orada qalırdılar.
28 Onlar bu yerlərdə yaşayırdı: Beer-Şeva, Molada, Xasar-Şual, 29 Bilha, Esem, Tolad, 30 Betuel, Xorma, Ziqlaq, 31 Bet-Markavot, Xasar-Susim, Bet-Biri və Şaarayim. Davudun padşahlıq etdiyi dövrə qədər onların şəhərləri bunlardır. 32 Onların qəsəbələri bunlardır: Etam, Ayin, Rimmon, Token və Aşan – cəmi beş şəhər. 33 Bu şəhərlərin ətrafında Baala qədər olan bütün kəndlər də onların yaşadıqları yerlərdir. Onların nəsil şəcərəsi belədir: 34 Meşovav, Yamlek, Amasya oğlu Yoşa, 35 Yoel, Asiel oğlu Seraya oğlu Yoşivya oğlu Yehu, 36 Elyoenay, Yaaqova, Yeşoxaya, Asaya, Adiel, Yesimiel, Benaya, 37 Şemaya oğlu Şimri oğlu Yedaya oğlu Allon oğlu Şifi oğlu Ziza. 38 Bu adları çəkilənlər nəsil rəhbərləri idi və onların nəsilləri artıb çoxalmışdı. 39 Onlar sürüləri üçün otlaq axtarmaqdan ötrü Qedorun yaxınlığına, dərənin şərq tərəfinə qədər getdilər. 40 Bol və yaxşı otlaq tapdılar, ölkə də geniş, sakit və dinc idi. Onlardan əvvəl orada Hamlılar yaşayırdı. 41 Bu adları yazılanlar Yəhuda padşahı Xizqiyanın dövründə gəlib öz çadırlarında olan Hamlıları və orada olan Maonluları qırdılar. Onları tamamilə məhv edib yerlərində yaşadılar, çünki orada sürüləri üçün otlaq var idi. Bu günə qədər də belədir. 42 Həmin Şimeonlulardan beş yüz nəfər Seir dağına getdi. İşinin oğulları Pelatya, Naarya, Refaya və Uzziel onlara başçılıq edirdi. 43 Onlar sağ qalan Amaleqli qaçanları qırdılar. Onlar bu günə qədər də orada yaşayır.
<- BİRİNCİ SALNAMƏLƏR 3BİRİNCİ SALNAMƏLƏR 5 ->- a Ge-Xaraşim – ibrani dilində ustalar vadisi.